Bol yağıntı Adiqeni munisipalitetində problemlər yaradıb, evlər, yol infrastrukturu və kənd təsərrüfatı sahələri su altında qalıb və ziyan dəyib
Bol yağıntı Adiqeni munisipalitetində problemlər yaradıb, evlər, yol infrastrukturu və kənd təsərrüfatı sahələri su altında qalıb və ziyan dəyib

Bu gün yağan bol yağıntı Adiqeni munisipalitetində ciddi problemlər yaradıb.

Bir neçə kənddə yaşayış evləri, heyvan saxlanılan yerlər su altında qalıb və ziyan görüb, heyvanlar həlak olub, yol infrastrukturu zədələnib, kənd təsərrüfatı sahələri məhv olub.

Təbii fəlakətdən zərər çəkmiş, evlərinə ziyan dəymiş ailələr təhlükəsiz yerə təxliyə edilib.

Adiqeni munisipalitetinin meri Qoça Kimadze, birinci müavini Arsen Balaxaşvili meriya və şəhər şurasının nümayəndələri ilə birlikdə vəziyyətlə yerində tanış olurlar.

Fəlakət zonasında xüsusi texnika və bütün aidiyyatı qurumların nümayəndələri işləyir.