Boçorişvili klinikasına gətirilən iki yeni pasiyentdən biri "Klinika Tims"-in həkimidir
Boçorişvili klinikasında yeni koronavirus diaqnozu ilə 24 pasiyent müalicə olunur.
Onlardan iki yeni hal Tbilisi Tibb Mərkəzindən gətirilib.
Boçorişvili Klinikasının nəzarət şurasının sədri Maka Soloğaşvilinin dediyinə görə, infeksiyaya yoluxanlardan biri həkimdir və hazırda vəziyyəti qənaətbəxşdir.
“Klinika Timsin” əməkdaşlarının birində koronavirus dünən təsdiqləndi.
Qeyd olunan klinikanın yenə iki həkimi infeksiyaya yoluxub.