Boçorişvili Klinikasının direktoru - qəbul olunubdur ki, hospital sektorunda virusa yoluxanların 15-20 faizi müalicə olunsun, bizdə bu göstərici 37 faizidir, buna heç bir ölkə dözə bilməz
Boçorişvili Klinikasının direktoru - qəbul olunubdur ki, hospital sektorunda virusa yoluxanların 15-20 faizi müalicə olunsun, bizdə bu göstərici 37 faizidir, buna heç bir ölkə dözə bilməz

Qəbul olunubdur ki, hospital sektorunda virusa yoluxanların 15-20 faizi müalicə olunsun, bizdə bu göstərici 37 faizə qədərdir, buna güman edildiyinə görə, heç bir ölkə dözə bilməz, – bu barədə Boçorişvili Klinikasının baş direktoru, David Qadeliya baş nazir, Giorgi Qaxariya və kliniki qrup arasında keçirilən görüşün başa çatmasından sonra bəyan etdi.

Elə onun dediyinə görə, əhəmiyyətlidir ki, nisbətən yüngül forması olan pasiyent evdə və ya kovid-mehmanxanasında müalicə olunsun.

“Bir neçə məsələyə xüsusi diqqət yetirildi ki, dövlət, hökumət hospital sahəsinə ağır xəstələrin müalicə məsələsində nə cür yardım edə bilər, tənəffüs aparatı və sair kimi. Həmçinin onun barəsində danışdıq ki, hospitalda və evdə, kovid-mehmanxanada olan pasiyentlərin sayının nisbətən çox fərqi var. Ümumiyyətlə qəbul olunubdur ki, hospital sektorunda virusa yoluxanların 15-20 faizi müalicə olunsun, bizdə bu göstərici 37 faizə qədərdir, buna güman edildiyinə görə, heç bir ölkə dözə bilməz. Çox istəyirik ki, bu say elə bölüşdürülsün ki, nisbətən yüngül xəstəliyi olan pasiyent evdə, kovid-mehmanxanada müalicə olunsun. Buna da imkanımız var və bu Gürcüstanda həqiqətən belədir ki, insaların kovid-mehmanxanalarda müalicəyə imkanları var”, – David Qadeliya bəyan etdi.