Boqdan Lutsian Auresku – Ukraynada müharibə başlayandan sonra Qara dəniz strategiyasına daxil olacaq yeni kontekst və parametrlər haqqında yenidən düşünməyin son dərəcə vacib olduğunu görürük
Ukraynada müharibə başlayandan sonra Qara dəniz strategiyasına daxil olacaq yeni kontekst və parametrlər haqqında yenidən düşünməyin son dərəcə vacib olduğunu görürük-bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Lutsian Auresku Buxarestdə, NATO Xarici İşlər Ministerialı çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinken ilə birgə mətbuat konfransında açıqlayıb.
O, Qara dənizin böyük potensiala malik olması barədə hamının razılaşdığını bildirib.
“Ötən il Vaşinqtona səfərimiz zamanı ABŞ-ın Qara dənizlə bağlı strategiyasını müzakirə etdik. Siz həmçinin Rumıniyanın mövqeyini, o cümlədən hövzə ölkələrinin dayanıqlılığı, iqtisadi inkişafı və Qara dənizin Avropa, Qafqaz və Mərkəzi Asiya arasında qovşaq və tranzit nöqtəsi kimi konsolidasiyası ilə bağlı fikirləri eşitmisiniz. Qara dənizin böyük potensiala malik olması ilə biz razıyıq. Ukraynada müharibə başlayandan sonra Qara dəniz strategiyasına daxil olacaq yeni kontekst və parametrlər haqqında yenidən düşünməyin son dərəcə vacib olduğunu görürük” -deyə Rumıniya Xarici İşlər Nazirliyinin rəhbəri açıqlayıb.