BMT – Rusiyanın təcavüzü nəticəsində Ukraynada 5996 mülki şəxs, o cümlədən 382 uşaq həlak olub

17:16, 27.09.2022
UN Logo

UN Logo

 

BMT tərəfindən verilən məlumatda Rusiyanın təcavüzü nəticəsində Ukraynada 5996 mülki şəxsin, o cümlədən 382 uşağın həlak olduğu deyilir. Bu barədə BMT-nin İnsan Haqları Məsələləri üzrə Monitorinq Missiyasının rəhbəri Matilda Boqner açıqlayıb.

Boqner missiya üzvlərinin Ukraynanın altı yerində işlədiyini və yerli əhali ilə gündəlik əlaqə saxladığını bildirib.

“Bu günə olan vəziyyətə görə, biz 5996 ölüm və 8848 yaralanma qeydə almışıq. Həlak olanlar arasında 382 uşaq var. Bu rəqəmlər təsdiqlənmiş fərdi insidentləri əks etdirir, real rəqəmlər isə daha çoxdur” – deyə Boqner bildirib.

Boqner Rusiyanın mülki infrastrukturu bombalamasına da diqqət çəkib və qeyd edib ki, mülki obyektlərə edilən hücumlar mülki şəxslərin həyatını təhlükəyə atmaqla yanaşı, həm də onları alçaldıcı şəraitdə yaşamağa məcbur edir.

O , Rusiyanın hücumları nəticəsində 252 tibb və 415 təhsil müəssisəsinin zərər gördüyünü və ya dağıldığını açıqlayıb.

Oxşar