BMT, Rusiya və Ukraynanın razılaşması halında, Atom Enerjisi Agentliyinin ekspertlərinin Zaporojie AES-ə səfərini təşviq etməyə hazırlıq ifadə edir

10:22, 16.08.2022
UN Logo

UN Logo

 

BMT, Rusiya və Ukraynanın razılaşması halında, Atom Enerjisi Agentliyinin ekspertlərinin Zaporojie AES-ə səfərini təşviq etməyə hazırlıq ifadə edir-bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Diujarik bəyanat verib.

Xatırladaq ki, Zaporojie AES mart ayından Rusiya hərbçiləri tərəfindən işğal olunub. Avqustun 5-dən etibarən Kiyev və Moskva stansiyaya raket hücumlarına görə bir-birini ittiham edir. Son hücumlardan sonra Ukraynanın “Enerqoatom”unda stansiyanın nüvə təhlükəsizliyi riskinin həddində işlədiyini bildiriblər. Kiyev Rusiya hərbçilərinin nüvə obyektini tərk etməsini və ona nəzarətin tamamilə Ukraynaya qaytarılmasını tələb edir.

“BMT Katibliyi Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sıx təmaslar əsasında, Ukrayna və Rusiyanın razılaşması halında, Beynəlxalq Atom Enerjisi Agentliyinin Zaporojie AES-ə istənilən səfərini dəstəkləmək üçün Ukraynada maddi-texniki və təhlükəsizlik imkanlarına malik olduğunu qiymətləndirib” – deyə BMT baş katibinin nümayəndəsi bildirib.

Paralel olaraq, Rusiya Müdafiə Nazirliyində nazir Sergey Şoyqunun BMT-nin baş katibi Antonio Quterreşlə Zaporojie Atom Elektrik Stansiyasının təhlükəsiz istismarı şərtləri ilə bağlı telefon danışığı apardığını bildiriblər. Moskvadan açıqlandığı üzrə, Quterreş və Şoyqu Rusiyanın ərzaq və gübrə ixracı üçün şərtlərin yüngülləşdirilməsi təşəbbüslərini də müzakirə ediblər.

Oxşar