BMT-nin Təhlükəsizlik Şurasının üzvləri Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyi bir daha təsdiqləyiblər
BMT-nin Təhlükəsizlik Şurasının üzvləri Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyi bir daha təsdiqləyiblər

 

BMT-nin Təhlükəsizlik Şurasının üzvləri Gürcüstanın müstəqilliyinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Şuranın üzvü olan dövlətlər qrupu: Fransa, Yaponiya, Sloveniya, Böyük Britaniya, ABŞ, Malta, eləcə də Təhlükəsizlik Şurasının gələcək üzvləri – Yunanıstan və Danimarka beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiqləyiblər.

BMT-nin Təhlükəsizlik Şurasının üzvləri Gürcüstan məsələsi ilə bağlı görüşü bağlı qapılar arxasında keçiriblər.

“2008-ci ilin avqustunda Rusiyanın Gürcüstanı istila etməsi Rusiyanın siyasətinin qonşularına və Avropanın təhlükəsizlik arxitekturasına yönəlik daha aqressiv tendensiyasını aşkar etdi. Bu gün bizim, hamımızın gördüyümüz kimi, Rusiya Federasiyasının Ukraynaya qarşı təhriksiz və əsassız təcavüzü ilə Rusiya bu yolu davam etdirdi. Biz Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə təsdiqləyirik. Biz Rusiya Federasiyası tərəfindən Gürcüstanın ərazi bütövlüyünün davamlı olaraq kobud şəkildə pozulmasını qınayırıq. Biz həmçinin Rusiyanın Abxaziya və Sxinvalinin, Cənubi Osetiyanın bölgələrinə kobud müdaxiləsini və qeyri-qanuni hərbi mövcudluğunu qınayırıq, bu da BMT Nizamnaməsinə ziddir. Bu bölgələr Gürcüstanın ayrılmaz parçasıdır və Rusiya bu bölgələrdə siyasi, hərbi, məhkəmə, iqtisadi və sosial sahələrə müdaxilə yoluyla, o cümlədən inteqrasiya haqqında müqavilələr imzalamaqla, strateji əhəmiyyətli Bicvinti kurortunu, Suxumi Hava Limanını və Oçamçire limanını Rusiya Federasiyasına verməklə, qeyri-qanuni dırnaqarası seçkilər keçirməklə, o cümlədən 2024-cü ilin martında Abxaziya və Sxinvalidə prezident seçkiləri keçirməklə, eləcə də 2024-cü ilin iyununda Cənubi Osetiya bölgəsində keçirilmiş parlament seçkiləri ilə addımlar atır. Biz bir daha təsdiqləyirik ki, Rusiyanın Gürcüstan ərazisində davamlı təxribatlarını, onun ərazi sularında və hava məkanında təlimləri davam etdirməsini, Gürcüstanın, daha geniş desək, Qara dəniz bölgəsinin təhlükəsizliyinə ciddi təhdid yaradan Oçamçiredə daimi hərbi-dəniz bazasının yaradılması üçün atılan addımları, eləcə də tikanlı məftillər və Gürcüstanın daxili bölgələrini ayıran digər süni maneələrin çəkilməsi prosesinin aktivləşdirilməsini, yerli əhalinin qanunsuz saxlanılması və qaçırılmasını qınayırıq” – görüşdən sonra Təhlükəsizlik Şurasının üzvlərinin adından Maltanın daimi nümayəndəsinin müavini Françeska Qati bildirib.

Qati bildirib ki, onlar həmçinin Gürcüstan vətəndaşları – Davit Başaruli, Qiqa Oxtozoria, Arçil Tatunaşvili, Tamaz Qinturi və Vitali Karbaianın qətlini qınayırlar.

“Biz həmçinin İrakli Kvaratsxelianın ölümünü qınayırıq, bu işin günahkarları bu vaxtadək cəzalandırılmayıb və məsuliyyətə cəlb edilməyiblər” – Maltanın daimi nümayəndəsinin müavini əlavə edib.