BMT-nin nümayəndəsi Hans Qrundberq Yəmənin genişmiqyaslı müharibəyə qayıtmaq riski altında olduğunu bildirir

22:41, 13.08.2026

BMT nümayəndəsi Hans Qrundberqin bildirdiyinə görə, Yəmən genişmiqyaslı müharibəyə qayıtmaq riski altındadır.

Bununla yanaşı, təşkilatda bildiriblər ki, ölkə əhalisinin yarısından çoxu kəskin qida çatışmazlığından əziyyət çəkir. Yüksək rütbəli rəsm qeyd edib ki, Yəmənin cəbhə xəttində hərbi aktivlik bir neçə regionda müşahidə olunmaqdadır.

Hans Qrundberqin dediyinə görə, “husilər” qruplaşmasının son hücumları hərbçilər və mülki əhali arasında itkilərə tələfata səbəb olub. Hans Qrundberq həmçinin qeyd edib ki, Yəməndə humanitar böhranın daha da dərinləşdiyi bir vaxtda, “husilər”in Qırmızı dəniz və Ədən körfəzindəki kommersiya gəmilərinə yenidən başlayan hücumları ölkəni daha geniş regional qarşıdurmaya sürükləmək riski yaradır.

Məlumat üçün bildirək ki, Yəmən hökuməti və “husilər” 1 aprel 2022-ci il tarixində iki aylıq milli atəşkəs barədə razılığa gəliblər.

Oxşar