BMT-nin məlumatına əsasən, Ukraynanı fevralın 24-dən 10,5 milyondan çox insan tərk edib

16:03, 09.08.2022

 

BMT-nin məlumatına əsasən, Ukraynanı fevralın 24-dən 10,5 milyondan çox insan tərk edib. Bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yayır.

Ofisin statistikası ən azı bir dəfə ölkə sərhədini keçən ukraynalıların sayını göstərir. Bununla belə, BMT-nin göstəricilərinə əsasən, təxminən 4,4 milyon insan Ukrayna sərhədini əks istiqamətdən keçib, yəni öz vətənlərinə qayıdıb.

Ukraynalı qaçqınların çoxu, təxminən 1,2 milyon insan Polşaya keçib, 900 min qaçqınla Almaniya ikinci, 400 min qaçqınla Çexiya üçüncü yerdə qərarlaşır.

BMT-nin göstəricilərinə əsasən, təxminən 1,9 milyon ukraynalı Rusiya sərhədini keçib

Oxşar