BMT-nin baş katibi Antonio Quterreş Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilini Müstəqillik Günü münasibətilə təbrik edir
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilini Müstəqillik Günü münasibətilə təbrik edir.
“Cənab Prezident, sizi Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edirəm. Milli bayramlar, eyni zamanda, qlobal çağırışlar üzərində birgə düşünmək imkanıdır. Beynəlxalq ictimaiyyət getdikcə daha tez-tez çətin vəzifələrlə üz-üzə qalır ki, onların həlli üçün çoxşaxəli yanaşma tələb olunur – iqlim böhranından başlayaraq münaqişələr və artan sosial bərabərsizliklərlə yekunlaşmaqla. Ötən il BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən “Gələcək naminə Pakt”da bu ruhu əks etdirir. Bu mühüm sənəd çoxtərəfliyin gücləndirilməsi, sülh, dayanıqlı inkişaf və hər kəs üçün insan hüquqlarının təmin olunmasının vacibliyinə əsaslanır.
Bu əlamətdar gün münasibətilə sizi və gürcü xalqını bir daha təbrik edirəm. Cənab Prezident, mənim dərin hörmətimi və ən xoş arzularımı qəbul edin”, – Gürcüstan Prezidentinin Administrasiyası tərəfindən yayılan təbrik məktubunda deyilib