BMT-nin Baş Assambleyası Fələstin tərəfindən işlənilib hazırlanmış və “İsrailin 12 ay ərzində işğal olunmuş Fələstin ərazisində qeyri-qanuni mövcudluğunu dayandırmasını” tələb edən qətnamə layihəsini qəbul edib
BMT-nin Baş Assambleyası Fələstin tərəfindən işlənilib hazırlanmış və “İsrailin 12 ay ərzində işğal olunmuş Fələstin ərazisində qeyri-qanuni mövcudluğunu dayandırmasını” tələb edən qətnamə layihəsini qəbul edib. Bu haqda məlumat BMT-nin rəsmi saytında yayılır.
124 ölkə qətnaməni dəstəkləyib, 13 ölkə əleyhinə səs verib, Gürcüstan da daxil olmaqla 43 ölkə bitərəf qalıb. Qətnamə, İsrail tərəfindən Fələstin ərazilərinin və yaşayış məntəqələrinin işğal edilməsinin qeyri-qanuni olmasından və İsrail qüvvələrinin geri çəkilməli olmasından bəhs edən Beynəlxalq Ədalət Məhkəməsinin iyul ayına olan məsləhətçi rəyini təqdir edir.
BMT-nin Baş Assambleyası dünya liderlərinin yığıncağına bir neçə gün qalmış qətnaməni təsdiqləyib. İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas sentyabrın 26-da BMT-nin Baş Assambleyasında çıxış edəcəklər. Bu, Fələstin Administrasiyası tərəfindən rəsmi olaraq təqdim edilən ilk qətnamədir, çünki o, bu ay BMT üzvləri arasında iclas zalında yer və qətnamə layihələri təklif etmək hüququ da daxil olmaqla əlavə hüquq və imtiyazlar qazandı.