BMT - İsrailin Müdafiə Qüvvələri Qəzzanın şimalında olan bir milyon fələstinliyə 24 saat ərzində təxliyəyə dair çağırış edib
BMT - İsrailin Müdafiə Qüvvələri Qəzzanın şimalında olan bir milyon fələstinliyə 24 saat ərzində təxliyəyə dair çağırış edib

 
İsrailin Müdafiə Qüvvələri 24 saat ərzində Qəzzanın şimalındakı bütün Fələstin əhalisinin cənubi Qəzzaya təxliyəsinin zərurəti barədə BMT-ni məlumatlandırıb-bu sözləri BMT-nin baş katibinin sözçüsü Stefan Dujarrik söyləyib.

O, bildirişdə İsrailin Müdafiə Qüvvələrinin qurudan müdaxiləyə hazırlaşa biləcəyinin qeyd olunduğunu bildirib.

Xəbərdarlıq BMT əməkdaşlarına və həmin ərazilərdə yerləşən BMT-nin müəssisələrinə sığınanlara aid olub.

“BMT dağıdıcı humanitar nəticələr olmadan belə bir təxliyənin həyata keçirilməsini qeyri-mümkün hesab edir” – Dujarrik bildirib.