BMT-də Qara Dəniz Taxıl İxracı Təşəbbüsünün öz işini bərpa edəcəyini hesab edirlər
BMT-də Qara Dəniz Taxıl İxracı Təşəbbüsünün öz işini bərpa edəcəyini hesab edirlər. Bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits məlumat verib.
O , Rusiyanın Taxıl İxracı Təşəbbüsünü dayandırdığını, lakin sonlandırmadığını bildirib.
“Qara Dəniz Taxıl İxracı Təşəbbüsünün yenilənəcəyinə inanıram. Biz buna əmin olmağı planlaşdırırıq. Bunun üçün noyabrın 18-dək əlimizdən gələni edəcəyik. Bu təşəbbüs dayandırılıb, lakin sonlandırılmayıb. Fərq çox sadədir. Fərq ondadır ki, Qara Dəniz Taxıl İxracı Təşəbbüsünün iştirakçıları kimi onlar hələ də bununla öhdəliklə bağlıdırlar” -deyə Qriffits bildirib.