BMT-də hesab edirlər ki, rüsumların tətbiqi inkişaf etməkdə olan ölkələr üçün fəlakətli nəticələrə səbəb ola bilər
Rüsumların tətbiqi inkişaf etməkdə olan ölkələr üçün fəlakətli nəticələrə səbəb ola bilər, – bu barədə BMT-nin ticarət agentliyinin Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Pamela Cooke-Hamilton bildirib.
Onun bəyan etdiyinə görə, rüsumlar inkişaf etməkdə olan ölkələrə beynəlxalq yardımı kəsməkdən daha çox zərər verə bilər.
Beynəlxalq Ticarət Mərkəzinin göstəricilərinə görə, 2040-cı ilə qədər qlobal ticarət 3,7%, qlobal ÜDM isə 0,7% azala bilər.
“Çin və ABŞ arasında rüsumların bu şəkildə artması davam edərsə, bu, Çin və ABŞ arasında ticarətin 80% azalmasına səbəb olacaq. Bunun dalğalanma təsiri bütün istiqamətlərdə fəlakətli ola bilər, çünki biz artıq birtərəfli ticarətin olduğu bir dünyada deyilik. Bu, ticarət əlaqələrini dəyişdirərək tədarük zəncirləri boyunca hər şeyə təsir edəcək”, – təşkilatın nümayəndəsi bildirib.
Cari həftə Donald Tramp onlarla ölkəyə tətbiq edilən rüsumları 90 gün müddətinə dayandırdı, hərçənd, Çindən idxal olunan məhsullara rüsumları 145%-ə gədər yüksəltdi. Bu gün Çin amerikan məhsullarına idxal rüsumlarını 125%-ə qədər yüksəltdiyini açıqlayıb.