BMT Baş Assambleyası dünya xəritəsinin yeni proyeksiyasını dəstəkləyib, xəritədə ölkələrin və qitələrin ölçüləri daha real şəkildə əks olunacaq

12:57, 05.09.2026

BMT Baş Assambleyası dünya xəritəsinin yeni proyeksiyasını dəstəkləyib ki, bunun da nəticəsində xəritədə ölkələrin və qitələrin ölçüləri daha real şəkildə əks olunacaq. Bu barədə məlumatı “BBC” yayır.

Medianın məlumatına görə, əsas dəyişikliklərdən biri hazırkı xəritələrdə digər qitələrlə müqayisədə real ölçüsündən xeyli kiçik görünən Afrika qitəsi ilə bağlı olacaq.

Tolo tərəfindən irəli sürülən və Afrika İttifaqının (Aİ) üzvləri tərəfindən dəstəklənən “Xəritənin düzəldilməsi” qətnaməsini BMT-nin 164 üzv ölkəsi dəstəkləyib. ABŞ ona dəstək verməyən yeganə ölkə olub, altı ölkə isə (Estoniya, Gürcüstan, Litva, Moldova, Serbiya və Ukrayna) bitərəf qalıb.

“BBC”nin məlumatına görə, 16-cı əsrdən bəri istifadə edilən Merkator xəritəsi tez-tez tənqid hədəfinə çevrilir, çünki o, Afrikanın real olaraq Qrenlandiyadan 14 dəfə böyük olmasına baxmayaraq, Afrika qitəsini və Qrenlandiya adasını təxminən eyni ölçüdə göstərir. Bununla yanaşı, Merkator xəritəsinə görə, ekvatordan uzaqda yerləşən ölkələr ekvatora yaxın olanlarla müqayisədə daha böyük görünürlər.

Proyeksiya ilə bağlı ABŞ-ın BMT-dəki nümayəndəsi Yarina Ferenseviç bəyan edib ki, bu qətnamə BMT Baş Assambleyasının fəaliyyətinə və məqsədinə lağ edir.

“Beynəlxalq sülh, rifah və ya yaxşı münasibətlərin real problemlərinə diqqət yetirmək əvəzinə, bu qurum 16-cı əsrin xəritə layihələrini və onların reparasiyaların və “koqnitiv ədalətin” təşviqindəki rolunu müzakirə edir”, – Ferenseviç bildirib.

Oxşar