“Bloomberg” – Vaşinqton sülh sazişi çərçivəsində ilhaq edilmiş Krım üzərində Rusiyanın nəzarətini tanımağa hazırdır

12:45, 19.04.2025

Vaşinqton sülh sazişi çərçivəsində ilhaq edilmiş Krım üzərində Rusiyanın nəzarətini tanımağa hazırdır. Bu barədə “Bloomberg” nəşri mənbəyə istinadən yazır. Lakin hazırki mərhələdə heç bir qərar verilməyib.

Nəşrin qeyd etdiyi kimi, bu potensial güzəşt prezident Donald Trampın atəşkəs razılaşmasına nail olmaq istəyini göstərir. Həm Tramp, həm də dövlət katibi Marko Rubio son bəyanatlarında qeyd ediblər ki, Moskva və Kiyev irəliləyiş göstərməsə, Amerika müharibəni tamamilə dayandırmaq səyindən əl çəkə bilər.

Ağ Ev və Dövlət Departamenti “Bloomberg”in məqaləsini şərh etməyir. Bununla yanaşı, rəsmi şəxslərdən biri nəşrlə söhbətində qeyd edib ki, ABŞ-ın planları Ukrayna ilə əlavə müzakirə tələb edir və avropalı müttəfiqlər işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımağa hazır deyillər.

Bununla yanaşı, amerikan rəsmi şəxsləri bildiriblər ki, Rusiya müharibəyi dayandırmağa razı olmasa, danışıqlar mənasız olacaq.

Bundan əvvəl “Bloomberg” yazırdı ki, cümə axşamı Parisdə ABŞ öz müttəfiqlərinə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yüngüləşdirilməsini və davamlı atəşkəs olacağı təqdirdə Ukraynanın NATO-ya daxil olmasına icazə verməməyi əks etdirən sülh sazişi təklifini təqdim edib.

Oxşar