"Bloomberg" -Ukraynanın bazar payı 5%-ə qədər azalarkən, Rusiya dünya bazarına taxıl tədarükünün ixracına nəzarəti gücləndirir
"Bloomberg" -Ukraynanın bazar payı 5%-ə qədər azalarkən, Rusiya dünya bazarına taxıl tədarükünün ixracına nəzarəti gücləndirir

 

Ukraynanın bazar payı 5%-ə qədər azalarkən, Rusiya dünya bazarına taxıl tədarükünün ixracına nəzarəti gücləndirir-bu barədə “Bloomberg”in məlumatında deyilir.

Nüfuzlu nəşrin yazdığı üzrə, Rusiyada daxili siyasi iğtişaşlar və müharibə nəticəsində zədələnmiş beynəlxalq imic fonunda taxıl Kreml üçün əsas təsir vasitəsi olaraq qalır.

“Bloomberg”in ABŞ Kənd Təsərrüfatı Departamentinə istinadən yazdığı kimi, Rusiya bu mövsümdə böyük buğda məhsulu gözləyir və onun bazar payı xeyli artacaq.

“Müqayisə üçün qeyd edək ki, Ukraynanın bazardakı payı müharibə başlamazdan əvvəl mövcud göstəricilərlə müqayisədə iki dəfə azalıb və 5% təşkil edir. Eyni zamanda, istehsalda minalanmış sahələr və pozulmuş təchizat zəncirləri ilə əlaqəli uzunmüddətli problemlər mövcuddur”-deyə “Bloomberg” yazır.

Bununla yanaşı, “Bloomberg” təzyiqlər səbəbindən beynəlxalq oyunçuların Rusiya bazarından çıxmasının rus şirkətlərinə yol açması faktına diqqət çəkir.

“Bu dəyişikliklər isə potensial olaraq rus şirkətlərinin Ukraynanın işğal olunmuş ərazilərindən taxıl ixracını asanlaşdıracaq və Moskvanın qiymətlərə təsir etmək imkanı olacaq”-deyə məqalədə deyilir.

Bu fonda Ukrayna idxalçıları şübhəli mənşəli taxıla həbs qoymağa çağırır.

Məqalədə o da qeyd olunur ki, müharibə başlamazdan əvvəl Rusiyanın taxıl ixracından əldə etdiyi gəlir 10 milyard dollar təşkil edib, bu da enerji resurslarının ixracından əldə etdiyi məbləğdən xeyli azdır. Bununla yanaşı, “Bloomberg” taxıl ixracının siyasi əhəmiyyətini vurğulayır.

“Rusiya taxılının əsas alıcıları Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən və BMT-də Rusiyanın əleyhinə danışmaqdan çəkinən Yaxın Şərq və Şimali Afrika ölkələridir”-deyə “Bloomberg” məqaləsində yazır.