“Bloomberg” – Ukrayna, Rusiyaya məxsus olmayan neft tankerlərinə və Qara dəniz infrastrukturuna hücum etməməyə razılaşıb

16:29, 08.08.2026

ABŞ-ın rəsmi şəxslərinin bildirdiyinə görə, Ukrayna Rusiyaya məxsus olmayan neft tankerlərinə və Qara dəniz infrastrukturuna hücum etməməyə razılaşıb. Bu barədə “Bloomberg” məqalə dərc edir.

Nəşrin məlumatına görə, ötən ay gəmilərə edilən hücumların Qara dənizdə yük daşımalarını dayandırmasından sonra, qeyd olunan addım Qazaxıstanın xam neft ixracı üçün böyük əhəmiyyət kəsb edir.

Onların məlumatına görə, ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaya əsasən, Ukrayna Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna və terminalına yönələn, Rusiyaya məxsus olmayan və Rusiya nefti daşımayan gəmilərə hücum etməmək öhdəliyi götürüb.

“Bloomberg” ABŞ-ın rəsmi şəxslərinə istinadən yazır ki, Ukrayna kommersiya daşıyıcılarının məlumat paylaşmasına və təhlükəsiz daşımanı təmin etməsinə imkan yaratmaq üçün əlaqə nöqtələri təsis edib.

“ABŞ hökumətinin yüksək rütbəli rəsmiləri ilə Ukrayna rəhbərliyi arasındakı görüşdən sonra götürülən öhdəlik, Rusiyanın Novorossiysk şəhərində, Xəzər Boru Kəməri Konsosiumu terminalının yaxınlığında gəmilərə son vaxtlar edilən hücumların fəaliyyəti azaltmasından sonra, regionda neft axınının artırılması istiqamətində potensial olaraq mühüm bir addımdır”, – nəşr yazır.

“Bloomberg”in məlumatına görə, Xəzər Boru Kəməri Konsorsiumunun terminalı Qazaxıstan neftinin dünya bazarına çıxarılması üçün kritik əhəmiyyətə malikdir, çünki Mərkəzi Asiya ölkəsinin alternativ marşrutları yoxdur.

Nəşrin məlumatına görə, CPC qlobal xam neft ehtiyatlarının təxminən 2%-ni emal edir və Avropanın neft emalı zavodları bölgədən tədarük olunan neft resurslarından çox asılıdır.

Oxşar