“Bloomberg” – Ukrayna Rusiya ərazisini ilk dəfə olaraq Britaniya “Storm Shadow” raketləri ilə bombaladı

20:26, 20.11.2024

Ukrayna Rusiya ərazisini ilk dəfə olaraq Britaniya “Storm Shadow” raketləri ilə bombaladı. Bu barədə “Bloomberg” yazır.

Ukraynalıların müxtəlif istiqamətə 12 raket atdığı barədə məlumat yayılır.

Yayılmış məlumata görə, “Storm Shadow” raketinin qalıqları Kursk vilayətində aşkar edilib, Yeisk üzərində isə iki raket zərərsizləşdirilib.

“Bloomberg”in məlumatına görə, Britaniya Kremlin Şimali Koreya qoşunlarını müharibəyə yerləşdirməsinə cavab olaraq Ukraynaya Rusiya ərazisində raketlərdən istifadə etməyə icazə verib. Britaniya hökuməti bunu münaqişənin gərginləşməsi kimi qiymətləndirdi.

“Storm Shadow” raketləri Ukrayna ordusu bir gün əvvəl Rusiya ərazisini amerikan istehsalı olan “ATACAMS” tipli raketləri ilə bombalamasından sonra buraxıb. “Storm Shadow”ın fəaliyyət radiusu təxminən 250 kilometrdir.

Oxşar