“Bloomberg” – Türkiyə Rusiya ilə “Taxıl Dəhlizi”nin fəaliyyətinin davam etdirilməsi ilə bağlı danışıqlara başlayıb
Türkiyə Rusiya ilə “Taxıl Dəhlizi”nin fəaliyyətinin davam etdirilməsi ilə bağlı danışıqlara başlayıb -bu barədə “Bloomberg” yazır. Nəşr danışıqların oktyabrın 31-i də daxil olmaqla aparılacağı barədə məlumat yayır.
Türkiyə hökumət rəsmiləri Rusiyanın sazişdən birtərəfli qaydada çıxmasına baxmayaraq, nikbinlik üçün əsasların olduğunu bildirirlər.
“Bloomberg” artıq İstanbula çatan gəmilərin yoxlanılacağını, lakin Ukraynadan taxıl gəmilərinin hələlik yola düşməyəcəyi barədə yazır.
Rusiya “Taxıl təşəbbüsü”ndə iştirak edən 218 gəminin hərəkətini əngəlləyib. Ukrayna İnfrastruktur Nazirliyi onlardan 95-nin yüklənərək artıq Ukrayna limanlarını tərk etməsi barədə məlumat verir.
Oktyabrın 29-da ruslar Krımda Rusiya Federasiyasının Qara dəniz donanmasının gəmilərinə qarşı “terror aktı”na görə “Taxıl Təşəbbüsü” sazişlərinin icrasından çəkildiklərini açıqlayıblar.