"Bloomberg" - Stiv Uitkoff və Cared Kuşner yaxın gələcəkdə Moskvada Vladimir Putinlə görüşəcəklər
Stiv Uitkoff və Cared Kuşner yaxın gələcəkdə Moskvada Vladimir Putinlə görüşəcəklər. Bu barədə “Bloomberg” yazır.
Nəşrin anonim mənbəyə istinadən xəbər verdiyinə görə, görüş bu ay baş tuta bilər, lakin tarix hələ də dəqiq müəyyənləşdirilməyib və görüşün vaxtı, İrandakı hadisələrə görə dəyişə bilər.
Bununla yanaşı, mənbələrdən birinin məlumatına əsasən, Putinin Tramp komandasının nümayəndələri ilə bu görüşdə nə dərəcədə maraqlı olduğu hələ də məlum deyil və bu, tarixin təyin olunmasına əsas maneə kimi görünür.
Mənbələrin məlmumatına görə, Putinə, ehtimal ki, Ukrayna və ABŞ nümayəndələrinin üzərində işlədiyi 20 maddəlik sülh planının son versiyası təqdim olunacaq.