"Bloomberg" - Rusiya Vatikanın sülh danışıqlarında iştirakına qəti şəkildə qarşı çıxır
"Bloomberg" - Rusiya Vatikanın sülh danışıqlarında iştirakına qəti şəkildə qarşı çıxır

Rusiya Vatikanın sülh danışıqlarında iştirakına qəti şəkildə qarşıdır, – bu barədə “Bloomberg” yazır.

Nəşrin yazdığı kimi, ABŞ və Avropa liderləri Rusiya və Ukrayna arasında sülh danışıqlarına vasitəçilik baxımından Vatikanla bağlı ümidlər bəsləyirlər, hərçənd, Kreml Rusiya prezidenti Vladimir Putinin danışıqlar üçün Vatikana getməsində maraqlı deyil.

Anonim mənbə “Bloomberg”ə bildirib ki, rus rəsmi şəxsləri danışıqlar üçün Vladimir Putinin Vatikana və ya başqa yerə səfərini planlaşdırmır və onlar əsas diqqəti keçən həftə İstanbulda keçirilən texniki səviyyəli danışıqlara yönəldirlər. Bununla yanaşı, Kreml bu danışıqların İstanbulda yenilənəcəyini gözləyir.

Nəşrin yazdığı kimi, danışıqlar gələn həftə keçirilə bilər, lakin, bu, Rusiyanın iştirak etmək istəyindən asılıdır.

Nəşrin mənbələrinə görə, ABŞ nümayəndələri danışıqların baş tutmasından əmin olmaq üçün ukraynalılarla əlaqə saxlayır.

Mənbələrin məlumatına görə, rus kilsəsi Vatikanın sülh danışıqlarında iştirakına qarşıdır. Bundan başqa, onlar qeyd edirlər ki, İtaliya 2023-cü ilin martında Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür və Əgər o, Romaya gəlsə, Rusiya prezidentini həbs etmək öhdəliyi var.

“Bütün bu maneələr aradan qaldırılsa belə, Trampın, Putinin və Ukrayna prezidenti Zelenskinin iştirakı ilə müharibənin dayandırılması barədə sazişin imzalanması üçün görüş tələb edən danışıqlar hələ də razılaşmadan uzaqdır”, – “Bloomberg” yazır.

Bununla yanaşı, “Bloomberg” üç anonim mənbəyə istinadən yazır ki, Rusiya memorandum üzrə danışıqları davam etdirmək üçün Türkiyəni daha yaxşı yer hesab edir.