"Bloomberg" – Trampla görüşdə Putinə, Moskvanın Zaporojye və Xersona hücumunu dayandırması müqabilində, Donetsk və Luqansk vilayətlərindən qoşunların çıxarılması təklifi veriləcək
Rusiya prezidenti Vladimir Putin Ukraynadan qoşunlarını Donetsk və Luqansk rayonlarından çıxarmağı tələb edir və bunun müqabilində Moskva Zaporojye və Xersona hücumunu dayandıracaq, – bu barədə “Bloomberg” yazır.
Agentliyin yazdığı kimi, Vladimir Putinin Donald Trampla görüşündə belə bir təklifi olacaq.
ABŞ və Rusiya prezidentləri arasında danışıqların gələn həftə baş tutacağı gözlənilir.
“Bloomberg”in məlumatına görə, ABŞ Kiyevdən və onun avropalı müttəfiqlərindən təklif olarsa, mümkün saziş bağlamaq üçün razılıq almağa çalışır.
Agentliyin mənbəsinin məlumatına görə, razılaşmanın məqsədi münaqişəni dondurmaq və uzunmüddətli sülh nizamlanması üçün danışıqlara yol açmaqdır.
“Bloomberg” yazır ki, Avropa tərəfindən bu cür planla razılaşmanın əldə olunması hələ ki, qeyri-müəyyəndir.