“Bloomberg” – müharibə və isti səbəbindən Almaniyada elektrik enerjisi tarifi altı dəfə bahalaşacaq

19:41, 15.08.2022

 

Müharibə və isti səbəbindən Almaniyada elektrik enerjisi tarifi altı dəfə bahalaşacaq-bu barədə “Bloomberg” məlumat yayır. Agentliyin yazdığı üzrə, gələn ildən Almaniyada bir meqavat-saat elektrik enerjisinin qiyməti 477,5 avro olacaq. Bu, keçən illə müqayisədə təxminən altı dəfə çoxdur. Qeyd edək ki, Almaniyada elektrik enerjisinin tarifi son iki ayda demək olar ki, iki dəfə bahalaşıb.

Avropanın qışda məhdud təbii qaz tədarükü ilə istehlakçı tələbatını ödəyib -ödəyə bilməyəcəyi ilə bağlı artan qorxular enerji qiymətlərinin artmasına səbəb olur. Bundan başqa, güclü quraqlıq bazara təzyiq göstərir ki, bu da infrastruktura əlavə gərginlik yaradır.

Elektrik enerjisi qiymətləri inflyasiyanı stimullaşdırır, bu səbəbdən də istehlak qiymətləri artır.

Oxşar