"Bloomberg" - İtaliyanın bir neçə hava limanında yanacaq çatışmır
"Bloomberg" - İtaliyanın bir neçə hava limanında yanacaq çatışmır

“Bloomberg” agentliyinin məlumatına görə, İtaliyanın bir neçə hava limanı Yaxın Şərqdə davam edən münaqişənin yaratdığı enerji böhranı səbəbindən təyyarə yanacağının məhdud təchizatı ilə bağlı xəbərdarlıq yayıb.

Pilotlara göndərilən bildirişə əsasən, Bolonya, Milan-Linate, Treviso və Venesiya hava limanlarında uçuşlar üçün yanacaq tədarükündə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

“Bloomberg”ə görə, İtaliyada tətbiq edilən məhdudiyyətlər Fars körfəzində davam edən müharibənin Avropa aviaşirkətlərinin fəaliyyətinə necə təsir etdiyinin ilk nümunələrindən biridir.