"Bloomberg" - İsrail bundan sonra Rusiyaya Suriyadakı hava hücumları barədə əvvəlcədən məlumat verməyəcək, bu da Suriyanı yeni cəbhəyə çevirə bilər
"Bloomberg" - İsrail bundan sonra Rusiyaya Suriyadakı hava hücumları barədə əvvəlcədən məlumat verməyəcək, bu da Suriyanı yeni cəbhəyə çevirə bilər

İsrail bundan sonra Rusiyaya Suriya ərazisində həyata keçirilən hava hücumları barədə əvvəlcədən məlumat verməyəcək, bu da Suriyanı yeni cəbhəyə çevirə bilər-bu barədə “Bloomberg” məlumat yayır.

Nəşrin yazdığına görə, İsrail Suriyada İsrail sərhədinə yaxınlaşan iranpərəst qüvvələrə hücumlarını gücləndirib və vəziyyətin inkişafı isə İsrailin siyasətində əsas dəyişikliklə bağlıdır.

“Bloomberg” yazır ki, İsrailin siyasətindəki dəyişiklik İsraillə Rusiya arasında onsuz da problemli münasibətləri daha da pisləşdirir.

2015-ci ilin payızından Rusiya ilə İsrail arasında Suriya Ərəb Respublikasında əməliyyatlar zamanı təsadüfi toqquşmalardan və digər təhlükəli insidentlərdən qorunmaq üçün nəzərdə tutulmuş kommunikasiya mexanizmi işə salınıb.