„Bloomberg“ - Britaniya müharibə bitdikdən sonra Ukraynaya qoşun göndərməyə hazırlaşır
Britaniya müharibə bitdikdən sonra Ukraynaya qoşun göndərməyə hazırlaşır, – bu barədə „Bloomberg“ məlumat yayır.
Britaniya Ukraynaya hansı hərbi birləşmələri göndərəcəyini müəyyən edib və sülh danışıqlarının son cəhdi uğurla başa çatacağı təqdirdə, qoşunlarını tez bir zamanda yerləşdirməyə hazır olmasını təmin edib.
Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, Britaniya Ukraynaya qoşun göndərmək planlarını yeniləyib. Hərbi komandirlər Ukraynaya dəstək vermək üçün Britaniya və Fransanın rəhbərlik etdiyi 30 ğlkədən ibarət qüvvə yaratmaq planı çərçivəsində hansı şəxsi heyətin yerləşdiriləcəyini və qərargahlarının harada yerləşəcəyini müəyyən ediblər.
Britaniya Ukraynaya qoşun göndərməyin ilkin xərclərini qarşılamaq üçün 100 milyon funt xərcləməyi planlaşdırır.