"Bloomberg" - Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə limanı dron hücumundan sonra neft əməliyyatlarını dayandırdı
Birləşmiş Ərəb Əmirliklərinin şərq sahilində yerləşən Füceyrə Liman Administrasiyası dron hücumu və yanğın səbəbindən neftlə bağlı əməliyyatların bir hissəsini dayandırıb.
Bu barədə “Bloomberg” xəbər verir.
Agentliyin məlumatına görə, hadisə bu səhər baş verib.
Hücum ABŞ qüvvələrinin İranın əsas neft ixrac infrastrukturunun yerləşdiyi Xərk adasına hücumundan sonra baş verib.
Sosial şəbəkədə yayılan görüntülərdə Füceyrə limanını bürüyən tüstü görünür.
Füceyrə limanı Yaxın Şərqdəki ən böyük neft anbarlarından biridir. O, həmçinin gəmilər üçün vacib yanacaqdoldurma məntəqəsidir.
Füceyrə Oman körfəzində yerləşir və buna görə də gəmilərin Hörmüz boğazından keçməsinə ehtiyac yoxdur.