„Bloomberg“ - Avropa İttifaqı Hindistan və Çin şirkətlərinə qarşı sanksiyaların tətbiqini müzakirə edir
Avropa İttifaqı Hindistan və Çin şirkətlərinə qarşı sanksiyaların tətbiqini müzakirə edir. Bu barədə „Bloomberg“ yazır.
Nəşrin məlumatına görə, sanksiyalar Rusiyadan neft alan şirkətlərə təsir edəcək.
Avropa Komissiyasının hazırladığı 19-cu sanksiya paketi çərçivəsində potensial tədbirlərin görülməsi nəzərdən keçirilir. Hazırkı mərhələdə sanksiyaların hansı şirkətlərə şamil olunacağı məlum deyil, lakin nəşr xəbər verir ki, bu qərar Avropa İttifaqında ABŞ-ın Avropalı tərəfdaşlara Rusiya neftini alan Çin və Hindistana qarşı tədbirlər görməyə çağırmasından sonra qəbul edilib.
„Bloomberg“ həmçinin yazır ki, əgər Avropa İttifaqı ölkələri Rusiya neftinə qarşı tədbirlər görməyə nail olsalar, onlar Macarıstan və Slovakiyanın müqavimətini aşmalı olacaqlar. Bu ölkələr neftin alternativ mənbələrdən tədarükünə keçidin xərcləri ilə bağlı narahatlıqlarını ifadə ediblər.