“Bloomberg” – ABŞ bir neçə həftəyə Ukraynada tam atəşkəs əldə etmək istəyir

12:30, 18.04.2025

ABŞ bir neçə həftəyə Ukraynada tam atəşkəs əldə etmək istəyir, – bu barədə “Bloomberg” məlumat yayır.

Nəşrin məlumatına görə, amerikanın rəsmi şəxsləri Parisdə avropalılarla görüş zamanı bir neçə həftəyə tam atəşkəs əldə etmək barədə istəklərini bildiriblər.

“Bloombergə əsasən, Fransa prezidenti Emmanuel Makron və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff arasındaki görüşləri əhatə edən müzakirələr əsasən diqqətin atəşkəsə necə nail olmaq və mümkün qədər tez bir zamanda davamlı sülhün bərqərar olunmasına yönəlmişdi.

Görüşdə Ukraynanın rəsmi şəxsləri iştirak edirdi.

“Bloomberg”ə əsasən, görüş iştirakçıları ABŞ-ın rəsmi şəxslərinə prezident Donald Trampın müharibəni tez bir zamanda bitirmək kimi əsas məqsədini tam dəstəklədiklərini bildiriblər. Almaniya, Fransa, ABŞ və Böyük Britaniyadan olan milli təhlükəsizlik müşavirləri və müzakirəçilər müzakirələri davam etdirmək üçün gələn həftə Londonda yenidən bir araya gələcəklər.

Oxşar