"Bloomberg" – ABŞ avropalıları Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərini Ukraynaya köçürmək planına qarşı çıxmağa çağırır
ABŞ avropalıları Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərini Ukraynaya köçürmək planına qarşı çıxmağa çağırır, – bu barədə “Bloomberg” yazır.
Nəşr anonim Avropa mənbələrə istinadən yazır ki, ABŞ-ın rəsmi şəxsləri Aİ-yə üzv ölkələri inandırır ki, bu aktivlər Kiyev və Moskva arasında sülh sazişini təmin etmək üçün lazımdır və müharibəni davam etdirmək üçün istifadə edilməməlidir.
Bununla yanaşı, “Bloomberg”in yazdığına görə, avropalı liderlər vurğulayırlar ki, aktivlərin istifadəsi məsələsi avropalıların işidir, çünki dondurulmuş vəsaitlərin böyük hissəsi Avropada yerləşir, lakin Avropa İttifaqında reaksiyalar qarışıqdır. Belçikada bu təklifin onlar üçün qəbuledilməz olduğunu deyirlər.
Bu gün Almaniya kansleri Fridrix Merts Brüsselə səfər edib və orada dondurulmuş Rusiya aktivləri məsələsi üzrə danışıqlar aparacaq.