Biz Avropa qurumları ilə mehriban qonşuluq münasibəti istəyirik, lakin onların daimi daxili işlərə qarışmaq, müxtəlif seqmenti maliyyələşdirmək, gənclərin beynini yumaq cəhdləri hesabına deyil

20:40, 09.04.2025

Biz Avropa qurumları ilə mehriban qonşuluq münasibəti istəyirik, lakin onların daimi daxili işlərə qarışmaq, müxtəlif seqmenti maliyyələşdirmək, gənclərin beynini yumaq cəhdləri hesabına deyil, –
bu barədə Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq forumdakı çıxışı zamanı bildirib.

Əliyevin dediyinə görə, “Əməkdaşlığın əsas yükünü Cənubi Qafqazın aparıcı ölkələri daşımalıdır”. 

“Biz Azərbaycan olaraq Avropa qurumları ilə, ilk növbədə Avropa Komissiyası ilə mehriban qonşuluq münasibətləri qurmaq istəyirik, lakin maraqlarımız hesabına deyil, onların daimi daxili işlərimizə qarışmaq, cəmiyyətimizin müxtəlifseqmentini maliyyələşdirmək, gənclərimizin beynini yumaq, regionumuzda bəzi insanların beyinlərini zəhərləmək cəhdləri hesabına deyil. Biz Cənubi Qafqazı məhz belə görmək istərdik. Cənubi Qafqazın aparıcı ölkələri kimi, təbii ki, Azərbaycan və Gürcüstan əməkdaşlığın əsas yükünü daşımalıdırlar, amma təbii ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiaları baxımından konstitusiyasını dəyişməyə razılaşdıqda və əgər razılaşsa, prosesə qoşula bilər və biz regionumuzda gələcək uzunmüddətli, proqnozlaşdırıla bilən vəziyyət haqqında düşünə bilərik”, – İlham Əliyev bildirib.

Oxşar