Birləşmiş Krallığın səfiri etimadnaməsinin surətlərini İlia Darçiaşviliyə təqdim edib
Birləşmiş Krallığın Gürcüstana təyin olunmuş səfiri Qaret Uord etimadnaməsinin surətlərini Gürcüstanın xarici işlər naziri İlia Darçiaşviliyə təqdim edib.
Mərasimdən sonra keçirilən görüşdə İlia Darçiaşvili səfiri Gürcüstanda diplomatik missiyaya başlaması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər təməlini siyasi, müdafiə və təhlükəsizlik, ticarət-iqtisadi və insanlar arasında münasibətlərin geniş spektrini əhatə edən Uordrop Strateji Dialoqunun təşkil etdiyi iki ölkə arasında mövcud strateji tərəfdaşlıqdan məmnunluq ifadə ediblər. Bununla yanaşı, nazir Birləşmiş Krallıq tərəfindən Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərilən qətiyyətli dəstəyə görə xüsusi minnətdarlığını bildirib.
Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.