Birləşmiş Krallığın baş nazirinin müavini istefa verdikdən sonra Kir Starmer hökumətdə kadr dəyişikləri edib
Birləşmiş Krallıqda baş nazirin müavini Ancela Reynerin istefasından sonra baş nazir Kir Starmer hökumətdə kadr dəyişikliyi edib.
Baş nazirin müavini vəzifəsində Ancela Reyneri xarici işlər naziri Devid Lemmi əvəz edib. O, həmçinin Ədliyyə Nazirliyinə rəhbərlik edəcək. İvett Kuper, bu vaxta qədər Daxili İşlər naziri vəzifəsində çalışırdı, indi isə Xarici İşlər naziri təyin olunub. Daxili İşlər Nazirliyinə isə Kuperin yerinə Şabana Mahmud rəhbərlik edəcək.
Ancela Reynermənzil alarkən müvafiq vergini ödəmədiyinə görə vəzifəsindən istefa verib. Reyner, müstəqil istintaqın onun nazirlik üçün tələb olunan etik standartlara cavab vermədiyini müəyyən etməsindən sonra istefa verib.”