Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin məlumatına görə, İranın raket və dron hücumları nəticəsində üç nəfər yaralanıb
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin məlumatına görə, İranın raket və dron hücumları nəticəsində üç nəfər yaralanıb

Birləşmiş Ərəb Əmirliklərində İranın raket və dron hücumları nəticəsində üç nəfər yaralanıb.

Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemi iki ballistik raket və üç dronu neytrallaşdırıb.

Müdafiə Nazirliyi bir daha təsdiqləyib ki, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətindədir və hər hansı təhlükəyə cavab verməyə, ölkənin təhlükəsizliyinə yönəlmiş hər hansı təhdidə qarşı möhkəm durmağa tam hazırdır.

Yayılan məlumata görə, İranın BƏƏ-yə hücumlarının başlamasından bəri ölkənin hava müdafiəsi sistemi ümumilikdə 551 ballistik raketi, 29 qanadlı raketi və 2 263 dronu vurub.