Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan rəsmi səfərlə Gürcüstana gəlib
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan rəsmi səfərlə Gürcüstana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan rəsmi səfərlə Gürcüstana gəlib.

Tbilisi Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi keçirilib. Birləşmiş Ərəb Əmirliklərinin prezidentini Gürcüstanın baş naziri İrakli Kobaxidze qarşılayıb. Hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Hazırda Hökumət Administrasiyasında Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərinin nazirlər kabinetinin üzvlərinin iştirakilə iki ölkənin liderlərinin geniş tərkibdə görüşü keçirilir.