Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti - Gürcüstana səfərimdən çox şadam, ölkələrimiz sabitlik, sülh və insanların qarşılıqlı əlaqələri istiqamətində ortaq baxışa malikdir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti - Gürcüstana səfərimdən çox şadam, ölkələrimiz sabitlik, sülh və insanların qarşılıqlı əlaqələri istiqamətində ortaq baxışa malikdir

Hörmətli dost, cənab Baş nazir, mən Gürcüstana səfərimdən çox şadam. Ölkələrimiz sabitlik, sülh və insanların qarşılıqlı əlaqələri istiqamətində ortaq baxışa malikdir, – Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə hökumət administrasiyasında keçirilən görüşdə bildirib.

Onun dediyinə görə, Gürcüstan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında sıx əlaqələr mövcuddur və gələcəkdə bunu ölkələr arasındakı əməkdaşlığın dərinləşməsi və bir çox layihələrin həyata keçirilməsi daha da təsdiqləyəcək.

“Hörmətli dost, cənab Baş nazir, Gürcüstana səfərimdən çox şadam. Əbu-Dabidəki görüşdən sonra sizinlə bir daha görüşməyimiz əməkdaşlığımızın davamının təsdiqidir. Fürsətdən istifadə edərək, ad gününüz münasibətilə sizi təbrik edirəm. Sizə uğurlar, xoşbəxt həyat, cansağlığı arzulayıram. Gürcüstanla Əmirliklər arasında sıx əlaqə mövcuddur. Gələcəkdə bunu əməkdaşlığımızın dərinləşməsi və daha bir çox layihənin həyata keçirilməsi təsdiqləyəcək. Xüsusilə ticarət, biznes, iqtisadiyyat, sənaye və enerji sahələrində və iki ölkə arasında prioritet olan sektorlarda. Ölkələrimiz arasında milyonlarla dollara çatan ticarət əlaqələrinin artmasını qeyd etmək istəyirəm. Bu əməkdaşlıq böyük həcmdədir və şübhəsiz ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq, xüsusən də nəqliyyat sahəsində davam edəcək. Əmirliklər müxtəlif investisiya şirkətləri tərəfindən həyata keçirilən müqavilələr əsasında tərəfdaşlıq əlaqələrinin inkişafına töhfə verəcək. Bu, Gürcüstan ilə Əmirliklər arasındakı münasibətləri gücləndirəcək. İki ölkəmiz sabitlik, sülh və insanlar arasındakı qarşılıqlı əlaqələr istiqamətində ortaq baxışa malikdir. Həmçinin, hər iki ölkə mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsində, ölkələrimizin inkişafının əsasını təşkil edən zəngin irsi bölüşməkdə iştirak edir. Bir daha təsdiq etmək istəyirəm ki, Birləşmiş Ərəb Əmirlikləri Cənubi Qafqaz regionu ölkələri arasında tərəfdaşlığı gücləndirəcək və sabitliyə, sülhə və ümumi maraqlara töhfə verəcək. Sülh iqtisadi inkişafın və güclənmənin əsas dayağıdır. Bir daha təşəkkür edirəm və Gürcüstana və gürcü xalqına sabitlik, inkişaf və uğurlar arzulayıram”, – Birləşmiş Ərəb Əmirliklərinin prezidenti bildirib.