Birləşmiş Ərəb Əmirliklərində koronavirusun halı qeydə alındı
Birləşmiş Ərəb Əmirliklərində koronavirusun halı qeydə alındı

Birləşmiş Ərəb Əmirliklərində koronavirusun halı qeydə alındı. Bu, yaxın şərqdə yeni növ xəstəliyin aşkar edilməsinin ilk halıdır.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxanlar bir ailənin üzvləridirlər. Elə onların məlumatına görə, xəstələnənlər əslən Çinin Xubey vilayətindərdirlər. İdarə xəstəliyə yoluxanların sayını konkretləşdirməyib.

Birləşmiş Ərəb Əmirlikləri hökumətinin məlumatına görə, xəstələnənlərin hamısı həkimin müşahidəsi altındadır və onların durumu sabitdir.

Çində yayılan koronavirusla artıq 130 insan həlak olub.