Birləşmiş Ərəb Əmirliklərində hava səyahətinə tətbiq edilmiş bütün məhdudiyyətlər aradan qaldırılıb
Birləşmiş Ərəb Əmirliklərində hava səyahətinə tətbiq edilmiş bütün məhdudiyyətlər aradan qaldırılıb

Birləşmiş Ərəb Əmirliklərində hava səyahətinə tətbiq edilmiş bütün məhdudiyyətlər aradan qaldırılıb.

Ölkənin Mülki Aviasiya İdarəsinin bildirdiyinə görə, “təhlükəsizlik şəraitinin hərtərəfli qiymətləndirilməsindən sonra” ölkənin hava məkanında naviqasiya əməliyyatları tam bərpa olunub.

Xatırladaq ki, məhdudiyyətlər fevral ayının sonunda İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq Birləşmiş Ərəb Əmirliklərinin ərazisinə yüzlərlə raket və dron atmasından sonra tətbiq edilib. Hazırda isə atəşkəs şəraitində ölkə hava məkanını tam açır.