Birləşmiş Ərəb Əmirliklərində bildirirlər ki, İran raketinin zərərsizləşdirilməsi nəticəsində yerə düşən qalıqlar bir nəfərin həyatına son qoyub
Birləşmiş Ərəb Əmirliklərində raketin zərərsizləşdirilməsi nəticəsində yerə düşən qalıqlar bir nəfərin həyatına son qoyub. Bu barədə ərəb mediası məlumat yayır.
BƏƏ-nin Müdafiə Nazirliyinin məlumatına görə, ölkə “İranın ballistik raketlərdən istifadə etməklə həyata keçirdiyi açıq hücum”un qurbanı olub.
Yayılmış məlumata görə, qalıqlar yaşayış zonasına düşüb və insan itkisi ilə yanaşı, maddi ziyana da səbəb olub.
Nazirlik hücumu “təhlükəli eskalasiya” və “qorxaq hərəkət” kimi qınayır və BƏƏ-nin “cavab vermək hüququnu özündə saxladığını” vurğulayır.