Birincisiniflilərin qeydiyyat qaydalarında dəyişikliklər
Xüsusi təhsilə ehtiyac duyan uşaqlar məktəbə qeydiyyat zamanı güzəştlərdən istifadə edəcəklər. İlk mərhələdə, istədikləri təhsil müəssisələrinə məhz onlar qeydiyyatdan keçəcəklər. Ona kimi isə onlar üçün ayrılmış qeydiyyat mərhələsi mövcud deyildi və onlar ümumi qeydiyyatdan istifadə edirdilər.