Birinci sinif şagirdlərinin valideynləri məktəb formasını sentyabrın 1-dən etibarən həm satış məntəqələrindən, həm də onlayn elektron platforma vasitəsilə əldə edə biləcəklər

10:53, 24.08.2026

Birinci sinif şagirdlərinin valideynləri məktəb formasını sentyabrın 1-dən etibarən həm satış məntəqələrindən, həm də onlayn elektron platforma – formebi.emis.ge vasitəsilə əldə edə biləcəklər.

Yeni platformanı media nümayəndələrinə Gürcüstanın elm, təhsil və gənclər nazirinin birinci müavini Levan Ğirsiaşvili və Təhsilin İdarəedilməsi İnformasiya Sisteminin rəhbəri Qiorqi Arsoşvili təqdim ediblər.

Elektron platforma şagirdin valideyninə/qanuni nümayəndəsinə məktəb formasını onlayn almaq və sifarişi evdən çıxmadan, qeyd olunan ünvanda təhvil almaq imkanı verəcək. Bağlamanın konkret ünvana çatdırılmasını və istifadəçiyə təslim edilməsini Gürcüstan Poçtu təmin edəcək.

“Məktəb formaları platforması vasitəsilə istifadəçilər məktəb forması modellərinin qiyməti və ölçüləri barədə məlumat alacaq, həmçinin bank təklifləri və satış məntəqələrinin dəqiq ünvanları ilə tanış ola biləcəklər.

Məktəb formalarının onlayn platformasının düzgün fəaliyyətini və idarə olunmasını Gürcüstanın Elm, Təhsil və Gənclər Nazirliyinin Təhsilin İdarəedilməsi İnformasiya Sistemi təmin edir“, – Təhsil, Elm və Gənclər Nazirliyinin məlumatında qeyd olunur.

Oxşar