Birinci Kanalın "Raqbi Avropa Matçı" ilə bağlı reportajlar haqqında bəyanatı
Birinci Kanal idman tədbirlərinə xüsusi diqqət yetirir və idman haqqında reportajlarının və matçların bütün Gürcüstan miqyasında translyasiyasını təmin edir.
Gürcüstan ərazisindən kənarda Birinci Kanalın siqnalının məhdudlaşdırılmasına (Geoblocking) görə, xaricdə yaşayan izləyicilər “Raqbi Avropa Çempionatını” izləyə bilmədilər.
Maraqlanan şəxslərə bildirmək istəyirik ki, Birinci Kanalın “Raqbi Avropa Çempionatını” sadəcə Gürcüstan ərazisində translyasiyasına haqqı var və ölkədən kənar satelit siqnalını vermək qətiyyən qadağandır. Hətta, internet portallarda belə striminqin verilməsi, Birinci Kanala qarşı təşkilatçı Rugby Europe tərəfindən ciddi sanksiyalara səbəb ola bilər.
Həmçinin, xarici ölkələrin İP ünvanı ilə işləyən internet-provaider istifadəçiləri də matçı izləyə bilmədilər.
Matçları sadəcə „Rugbyeurope.tv – dən izləyə bilərsiniz.