Birinci Kanal və Myvideo arasındaki məhkəmə davası başa çatacaq
Birinci Kanal və Myvideo arasındaki məhkəmə davası başa çatacaq

Birinci Kanal və Myvideo.ge arasındaki məhkəmə davası başa çatacaq.

Portal ilə dava Dünya Çempionatı zamanı icazəsiz translyasiya edilən matçlarla bağlı idi.

Birinci Kanal Myvideo.ge portalı ilə əməkdaşlığa davam etməyə hazırdır.

Bu barədə bəyanatı Birinci Kanalın medya və komunikasiya blokunun direktoru Tinatin Berdzenişvili verdi.

“Birinci Kanal məsuliyyətli bir medya vasitəsi olaraq, ölkədə mövcud olan requlyasiyaları qoruyur. Bu kanalın müəllif hüquqlarına da aiddir. Yüksək keyfiyyətli gürcü dilli beynəlxalq kontentin distribusiyası bizim məqsədimizdir. Məhsulumuzun yayılması üçün isə, partnyor olaraq, hərhansı medya vasitəsini qəbul edə bilərik, hansı ki, həmin məhsulun yayılma qaydalarını və requlyasiyalarını qoruyacaq. Ona görə də “Ai-Ti-Di-Si” şirkəti (Myvideo.ge) ilə əməkdaşlığa davam etməyə hazırıq və danışıqlar yolu ilə razılığa gəlməyi ümid edirik” – bəyan etdi Tinatin Berdzenişvili.

Birinci Kanal “Ai-Ti-Di-Si” şirkətinin direktoru Davit Mosulişvilidən məktub aldı, hansında o Birinci Kanalın baş direktoru Vasil Mağlaperidze və Qəyyumlar Şurasının üzvlərinə müraciət edərək, kanal ilə aralarında baş verən narazılığa görə, üzüntüsünü bildirir.

“Bildirmək istəyirəm ki, “Ai-Ti-Di-Si” şirkəti (Myvideo) və onun menecmenti 2018-ci ilin Dünya Futbol Çempionatının translyasiyası ilə bağlı yaranan vəziyyətə görə, narahatçılığını bildirir. Təəsüf ki, “Ai-Ti-Di-Si” şirkəti danışıqlar üçün yetərli dərəcədə hazır olmadı və Birinci Kanalın maraqları pozuldu. İctimai Yayımçının yüksək dövlət və ictimai əhəmiyyətindən irəli gələrək və həmçinin Birinci Kanalın izləyicinə hörmət əlaməti olaraq, yaranan vəziyyətdən çıxış yolunun axtarılması üçün və aramızadki narazılığın aradan qaldırılması və gələcəkdə də bənzər presedentlərin prevensiyası üçün konstruktiv danışıqlara başlamağı təklif edirik”, – yazılıb “Ai-Ti-Di-Si”-nin məktubunda.

Veb-səhifəsində yayılan bəyanatında Myvideo.ge İctimai yayımçının Menecmentinə və şəxsən Vasil Mağlaperidzeyə təşəkkürünü bildirir və qeyd edir ki, istifadəçinin maraqlarından irəli gələrək, emosyonal fonda verilən qərar korrekt deyildi, ancaq şirkət bu səhvi etiraf edərək, öz məsuliyyətini üzərinə götürür”.

Myvideo vəziyyətin yumuşaldılmasında komunikasiyaların Milli komisiyasının müsbət rolunu da qeyd etdi.