Birinci Kanal və Avropa Yayımçılar İttifaqının əməkdaşlığı və maliyyələşdirilməsi ilə jurnalistlər üçün Gürcüstanda regional akademiya işləyəcək
Birinci Kanal və Avropa Yayımçılar İttifaqının (EBU) əməkdaşlığı və maliyyələşdirilməsi ilə jurnalistlər üçün Gürcüstanda regional akademiya işləyəcək.
Bu barədə məlumatı Birinci Kanalın baş direktoru Vasil Mağlaperidze Avropa Yayımçılar İttifaqının “Rəqəmli transformasiya” adlı regional konfrans-seminarda verdi, hansına Birinci Kanal ev sahibliyi edir.
Akademiyada necə gürcü jurnalistləri, eləcədə qonşu ölkələrdən (Azərbaycan, Ermənistan) gələn jurnalistlər üçün treninqlər keçiriləcək.
Mağlaperidze qeyd etdi ki, akademiyada keçirilən treninqlər pulsuz olacaq.
“Gürcüstanda daim fəaliyyətdə olan akademiyada 50-yə qədər jurnalist hazırlanacaq. Onlardan 15 Gürcüstandan olacaq. Əlimizdən gələni etdik ki, bu akademiya məhz Gürcüstanda olsun. Bu sadəcə Birinci Kanal üçün deyil, bütün Gürcüstan üçün xeyirli olacaq” – dedi Vasil Mağlaperidze.
Onun dediyinə görə, akademiya may ayından fəaliyyətə başlayacaq.