Bir neçə yanacaq doldurma məntəqəsində, dizeldə kükürd tərkibi normadan üç dəfə artıq aşkar olundu
Bir neçə yanacaq doldurma məntəqəsində, dizeldə kükürd tərkibi normadan üç dəfə artıq aşkar olundu

Bir neçə yanacaq doldurma məntəqəsinin cərimələnməsi mümkündür. Ətraf Müit Mühafizəsi Nazirliyinin mılumatına görə, yoxlanılmış 10 yanacaq doldurma məntəqəsinin üçündə kükürdün tərkibi önəmli dərəcədə artıq aşkar olundu. Pozuntu üzrə cərimələnmə 8 000 lari miqdarındadır.

“Tbilisi, Kvemo Kartli və Kaxetidə 10 yanacaq doldurma məntəqəsi yoxlanıldı. Buradan bir halda dizeldə kükürdün tərkibi 308 mq/kq, ikincisində 347 mq/kq və üçüncüsündə isə 3472 mq/kq  idi”, – Ətraf Müit Mühafizəsi Nazirliyindən Birinci Kanala bildirdilər.

Hökumət qərarı ilə, 2017-ci il yanvarın birindən dizeldə kükürdün tərkibi norma olaraq 100 milliqram müəyyənləşdirildi. 2019-cu il yanvarın birindən isə bu göstərici 50 milliqrama qədər azaldılmalıdır.

Avro beş standatina uyğun olaraq isə, norma 10 milliqramdır. Ətraf Müit Mühafizəsi Nazirliyindən bəyan edirlər ki, ölkədə dizelin keyfiyyəti avrobeş standartına üç ilə yaxınlaşacaq.