Bir qrup qeoloq Xaraqaulinin Ğverki və Xemağali kəndlərində sürüşmə proseslərini öyrənir, yerli hakimiyyət əhalini müvafiq xidmətlərin göstərişlərinə əməl etməyə çağırır
İmeretinin dövlət nümayəndəsinin birinci müavini Mamuka Ximşiaşvili, Xaraqauli meri Koba Lursmanaşvili və yerli hakimiyyətin digər nümayəndələri sürüşmə proseslərinin aktivləşdiyi Xaraqaulinin Ğverki və Xemağali kəndlərindədirlər. Bu barədə məlumatı İmeretidə dövlət nümayəndəsinin aparatı yayır.
Onların məlumatına görə, dövlət nümayəndəsinin birinci müavini və meri ərazidə mövcud vəziyyət və yerli sakinlərin yaşayış şəraiti ilə tanış olublar.
“Sürüşmə proseslərini ətraflı öyrənmək üçün bir qrup geoloq işləyir. Mütəxəssislər sürüşməyə səbəb olan amilləri müəyyənləşdirirlər, bundan sonra mümkün risklərin proqnozu aparılacaq.
“Ötən gecə ərzində əhalinin təhlükəsizliyi məqsədilə, sürüşmə təhlükəsi altında olan vətəndaşlar təhlükəsiz əraziyə köçürülüb. Xaraqauli meriası mövcud vəziyyətin monitorinqini təmin edir və geoloqların rəsmi rəyi və tövsiyələri əsasında bütün zəruri tədbirləri həyata keçirəcək.Yerli hakimiyyət əhalini müvafiq xidmətlərin göstərişlərinə əməl etməyə çağırır. Sürüşmə proseslərinin inkişafı həm yaşayış evlərinə ciddi ziyan vurub, həm də avtomobil yollarının müəyyən hissələrini və kənd təsərrüfatı sahələrini zədələyib”, – məlumatda qeyd edilib.



