“Bild” – Rusiya işğalçı qüvvələri Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhəri yaxınlığındakı iki yaşayış məntəqəsini işğal etdi

19:52, 30.09.2024

Rusiya işğalçı qüvvələri Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhəri yaxınlığında iki yaşayış məntəqəsini işğal edib, – bu barədə “Bild”in analitik materialında qeyd olunub.

Nəşrin məlumatına görə, Rusiya işğalçı qüvvələri Krutoy Yar və Krasnıy Yar kəndlərini ələ keçirdikdən sonra Pokrovski istiqamətində mövqelərini genişləndiriblər və şəhərə doqquz kilometr məsafədə yaxınlaşıblar.

Ukraynanın 3-cü qırıcı Briqadasının komandir müavini Maksim Jorin qeyd edib ki, ruslar cəbhənin mühüm sektorlarında irəliləyiş əldə edib və Pokrovska yaxınlaşıblar.

Paralel olaraq, “Deep state” analitik layihəsinə əsasən, Rusiya işğalçı qüvvələri Donetsk vilayətinin daha bir yaşayış məntəqəsi olan Marinovka kəndini işğal ediblər.

Oxşar