“Bild” – Rusiya qüvvələri Ukraynada cəbhədə Çinin zirehli texnikasından istifadə etməyə başlayıb
Rusiya qüvvələri cəbhədə Çinin zirehli texnikasından istifadə etməyə başlayıb – bu haqda məlumatı Ukrayna mediası yayır.
Ukrayna mediası Çinə məxsus ZFB-05 zirehli texnikasının cəbhədə göründüyünü yazır.
Eyni zamanda, “Bild”in eksperti Culian Ropke şəkillərin həqiqiliyini təsdiqləyir və qeyd edir ki, bu, Çin hərbi texnikasının Ukraynada istifadəsinə dair ilk sübutdur.
“Çin avtomobillərin verilməsini təkzib edir. Lakin, Rusiyanın istifadə edə biləcəyi bir çox afrikalı vasitəçi var” – Culian Ropke yazır.