Bidzina İvanişvili - Ukraynada müharibə ən geci bir ilə bitəcək, Amerikada prezident seçkilərində əgər respublikaçılar qalib gəlsələr, müharibə ola bilsin yanvarda başa çatsın
Ukraynada müharibə ən geci bir ilə bitəcək, Amerikada prezident seçkilərində əgər respublikaçılar qalib gəlsələr, müharibə ola bilsin yanvarda başa çatsın-bu haqda “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili deyib.
Bidzina İvanişvilinin sözlərinə əsasən, “Müharibə bitən kimi Amerika və Avropa ilə bütün anlaşılmazlıqlar dərhal keçmişdə qalacaq”.
“Bizim keçirəsi maksimum bir il vaxtımız qalır, bundan sonra da qlobal və regional siyasi maraqlar, eləcə də konkret olaraq Gürcüstanla bağlı maraqlar əsaslı şəkildə dəyişəcək. Ukraynada müharibə ən geci bir ilə bitəcək, Amerikada prezident seçkilərində əgər respublikaçılar qalib gəlsələr, müharibə ola bilsin yanvarda başa çatsın. Müvafiq olaraq, əsas odur ki, bu qısa zamanı da qazanaq və Amerika və Avropa ilə bütün anlaşılmazlıqlar dərhal keçmişdə qalacaq və Gürcüstan qlobal siyasi oyunçuların tamamilə fərqli maraq obyektinə çevriləcək” – deyə Bidzina İvanişvili bildirib.
“Gürcü Arzusu” partiyası bu gün rəsmi olaraq seçki kampaniyasının və yeni mərkəzi ofisinin açılışını etdi.